tr
Nizami Gəncəvi

Yeddı gözәl

Уведоми ме, когато книгата е добавена
За да прочете тази книга, качете я във формат EPUB или FB2 в Bookmate. Как се качва книга?
  • Rafael İlhamogluцитирапреди 6 години
    Yeddi min il sonra gәldi cahana,
    Dünya tabe olar sonadәk ona.
    Tünd-abı geyinmiş uca asiman
    Onun xidmәtindә durmuş hәr zaman.
    Şәrin әsli ilә fәri ki vardır,
    Dörd xәlifә ona möhkәm divardır.
    Odur işıq verәn bu tәbiәtә,
    Afәrin, afәrin belә xilqәtә.
    Yerlәrdә, göylәrdә hәr nә cisim var
    Ondan hәr nәfәsdә bir kömәk alar.
    Hәr şeyin hәyatı tәkcә ondandır,
  • şəms.цитирапреди 5 години
    Qoy salsın әsәrin gen dünyaya sәs,

    Bu qara pәrdәdәn baxarsa hәr kәs,

    Görünmәsin incә hilalın sәnin,

    Bir әsәr versin ki, xәyalın sәnin,

    Kәlam cadugәri sәnә vurulsun,

    Sehrinin әsiri, dustağın olsun.
  • şəms.цитирапреди 5 години
    Ağlım şey kәsәli mәn sәhv etmәdim,

    Sәnin dәrgahından kәnar getmәdim,

    Qapıma yolladın nemәtimi sәn,

    İstәmәmiş verdin qismәtimi sәn.
  • şəms.цитирапреди 5 години
    Oxudum, xәbәrdar oldum da, vardım,

    Varlıqlar sirrini yer-yer axtardım.

    Sәni tapan kimi yumdum kitabı,

    Hamının sәnәdir gördüm xitabı.
  • şəms.цитирапреди 5 години
    Sәnsәn, hәr varlığın içindә sәnsәn,

    Bütün canlılara hәyat verәnsәn.

    Yetişir sayәndә çörәyә insan,

    Sәn ucalt başımı, böyük Yaradan!
  • şəms.цитирапреди 5 години
    Әgәr eylәsәydi ulduz ömrü şad,

    Onda hәr münәccim olub Keyqubad,

    Sәadәt içindә sürәrdi dövran,

    Kim var ulduzları tanıyanlardan

    Qiyasla xәznәnә yol tapıb vara?
  • şəms.цитирапреди 5 години
    Doğulan sәn deyil, aciz bәndәdir,

    Heçdir özgәlәri, qüdrәt sәndәdir.
  • şəms.цитирапреди 5 години
    Gündüzdәn qaranlıq gecәlәrәdәk –

    Hәr şey rәhmәtinә möhtacdır gerçәk.
  • şəms.цитирапреди 5 години
    Bu dünya, dünyanı hәrlәdәn fәlәk

    Hay çәkәr qapında hәr zaman qultәk.
  • şəms.цитирапреди 5 години
    Bütün varlıqları yaşadır hәyat,

    Hәyat da sәninlә açır qol-qanad.
fb2epub
Плъзнете и пуснете файловете си (не повече от 5 наведнъж)