Musa Yaqub

Sevgi şeirləri

Kitabda sevilən Azərbaycan şairi Musa Yaqubun müxtəlif zaman kəsiyində qələmə aldığı sevgi şeirləri toplanmışdır.
Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra 1957–1958-ci illərdə Tircan kənd orta məktəbində müəllim, 1958–1967-ci illərdə Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləyib. Daha sonra 1967–1973-cü illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil almış, həmin illərdə də Buynuz kənd 8 illik məktəbinin müdiri vəzifəsində çalışıb.
Bakıya köçəndən sonra, 1974–1978-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsini icra edib.
Uzun müddət İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin redaktoru olub.
Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlayıb.
Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olub.
1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
M.F.Axundov adına mükafata layiq görülüb.
62 печатни страници
Притежател на авторското право
Qanun Nəşriyyatı

Впечатления

Хареса ли Ви книгата?

Влизане или регистриране