bookmate game
İvan Sergeyeviç Turgenevin

Atalar və oğullar

Уведоми ме, когато книгата е добавена
За да прочете тази книга, качете я във формат EPUB или FB2 в Bookmate. Как се качва книга?
  • Mir Aliцитирапреди 8 години
    Doğrudan da, görəsən, dünyada qucağında sağlam körpəsi olan gənc, gözəlanadan daha cazibəli bir şey varmı?
  • Mir Aliцитирапреди 8 години
    Görürsənmi nə edirəm: çamadanda boş yer qaldı, ora quru ot doldururam. Bizim həyat çamadanımız da belədir: nə ilə doldurursan, doldur, təki boş yer qalmasın.
  • Mir Aliцитирапреди 8 години
    Dostlar üçün bir-birinin ürəyindən keçəni bilmək xoş olur, düşmənlər üçünsə xüsusən, nə bir-birini başa salmaq, nə də ayrılmaq mümkün olduqda, bu çox xoşagəlməz bir haldır.
  • Mir Aliцитирапреди 8 години
    «Rus kəndlisi Allahına da kələk gələr»
  • Mir Aliцитирапреди 8 години
    Qəribə işdir, adamlar sözün qüvvəsinə hələ də inanır. Məsələn, adama «axmaq» deyib döyməsələr də, kədərlənir, «ağıllı» deyib pul verməsələr də, bundan ləzzət alır.
  • Mir Aliцитирапреди 8 години
    hər bir insan bir müəmmadır
  • Mir Aliцитирапреди 8 години
    “avtoritet inkar edilməlidir”
  • şəms.цитирапреди 3 години
    – O nihilistdir.

    Nikolay Petroviç soruşdu.

    – Necə?

    –Pavel Petroviç çörəyə yaxmaq üçün tiyəsinə yağ götürdüyü bıçaq əlindəcə donub hərəkətsiz qaldı.

    – O nihilistdir, – Arkadi təkrar etdi.

    – Nihilist, – Nikolay Petroviç dilləndi.

    – Bu, latınca nihil sözündəndir, mənası da, mənim anladığıma görə, heç nə deməkdir. Deməli, nihilist sözü heç bir şey tanımayan, qəbul etməyən adam deməkdir.

    – Elə demə, de ki, heç bir şeyə hörmət etməyən adam... – deyə Pavel Petroviç onun sözünü tamamladı və təzədən yağ götürməyə başladı.

    – Hər bir şeyə tənqidi nöqteyi-nəzərlə yanaşan adam, – deyə Arkadi düzəliş etdi.

    Pavel Petroviç soruşdu:

    – Bu, eyni şey deyilmi?

    – Xeyr, eyni şey deyil. Nihilist elə bir adama deyirlər ki, o, heç bir avtoritetə baş əymir, hər hansı bir prinsip nə qədər böyük bir ehtiram qazanmış olsa belə, heç bir prinsipi bir etiqad kimi qəbul etmir.

    – Yəni bu yaxşı işdir ki? – deyə Pavel Petroviç onun sözünü kəsdi.

    – Əmican, o, adamına baxır. Kimi üçün yaxşıdır, kimi üçün pis.

    – Belə de. Hə, mən görürəm ki, bu, bizim işimiz deyil. Biz köhnə əsrin adamlarıyıq, güman edirik ki, adamın, sən demişkən, bir etiqad kimi qəbul edilmiş prinsipi olmasa, bir addım ata bilməz, hətta nəfəs ala bilməz (Pavel Petroviç «prinsip» sözünü fransız üslubu ilə, yumşaqca deyirdi, Arkadi isə «prinsip» deyərək, əksinə, vurğunu ilk hecaya salırdı). Vous avez change tout cela8 Allah sizə cansağlığı və general mənsəbi əta etsin, biz də sizə baxıb fərəhlənək, cənab... necə deyirdin...
  • Misir Məmmədliцитирапреди 4 години
    Petroviç tezliklə burada da öz məqsədinə nail olmuşdu, ancaq qələbənin asanlıqla başa gəlməsi onun qəlbini soyutmamışdı. Əksinə, həmin qadına daha artıq iztirabla və daha möhkəm məftun olmuşdu. Qadın ona bütün varlığı ilə təslim olduğu zaman da, sanki onda nə isə, ən qiymətli, əlçatmaz, heç kəsə müyəssər olmayan bir şey qalırdı. Bu qəlbin içərisində gizlənən şey nə idi, onu Allah bilir. O şey sanki qadının özünə də məlum olmayan gizli qüvvələrin ixtiyarında idi.
  • Mir Aliцитирапреди 8 години
    Ölüm köhnə şey olsa da, hər bir nəfər üçün yenidir.
fb2epub
Плъзнете и пуснете файловете си (не повече от 5 наведнъж)