bookmate game
Səbahəddin Əli

Xəz paltolu Madonna

Уведоми ме, когато книгата е добавена
За да прочете тази книга, качете я във формат EPUB или FB2 в Bookmate. Как се качва книга?
  • Mir Aliцитирапреди 9 години
    Bir qadının sənə hər şeyini verdiyini zənn etdiyin vaxtda, onun həqiqətdə sənə heç bir şey vermədiyini görmək, bir adamın sənə çox yaxın olduğunu hesab etdiyin vaxtda, onun səndən çox uzaq olduğunu başa düşmək nə qədər acıdır!
  • Mir Aliцитирапреди 9 години
    Dünyada mənə heç bir şey təbiətən qəmgin bir insanın zorla gülümsəməyə çalışması qədər acı görünməmişdi
  • Mir Aliцитирапреди 9 години
    Müəyyən şeylərə möhtac olduğumuzu, onları görüb öyrəndikdən sonra kəşf edirik..
  • Elmin Seyfəddinliцитирапреди 8 години
    Dünyada təkcə bir nəfərə inanmışdım. Həm də o qədər inanmışdım ki, aldandığımı gördükdə, artıq məndə başqasına qarşı inam hissi qalmadı. Ona acığım tutmurdu. Hiss edirdim ki, ondan inciməyə, ona hiddətlənməyə, haqqında pis düşünməyə əsasım yoxdur. Lakin nə edəsən, ürəyim sınmışdı. Həyatda çox arxalandığım adama qarşı hiss etdiyim bu inciklik, küsü bütün insanlara qarşı münasibətimdə də özünü göstərirdi. Çünki o, mənim nəzərimdə bütün insanlığın timsalı idi.
  • Mir Aliцитирапреди 9 години
    Deməli, insanlar ancaq müəyyən dərəcəyə qədər bir-birlərinə yaxınlaşa bilərlər. Bundan artıq yaxınlaşmaq məqsədilə atılan hər bir addım onları bir-birindən daha da uzaqlaşdırır
  • Firuze Gulieffaцитирапреди 8 години
    Təsadüf səni mənimlə görüşdürməsəydi, yenə də əvvəlki qaydada, lakin hər şeydən xəbərsiz ömür sürüb gedəcəkdim. Dünyada başqa cür bir həyatın mövcud olduğunu, mənim də bir ruha malik olduğumu mənə sən öyrətdin.
  • Raul Amirovцитирапреди 6 години
    Mən bilirdim ki, bəzən adamlar, onları əhatə edən insanlar tərəfindən başa düşülmür, onların haqqında səhv nəticələr çıxarılır. Vaxt keçdikcə bu adamlar öz tənhalıqları ilə fəxr etməyə, bundan kinli-kinli zövq almağa başlayırlar.
  • b0261000806цитирапреди 7 години
    İnsanlara yaxınlaşmaq ehtiyacım artdıqca, onlardan uzaq qaç­maq arzum güclənirdi.
  • eesmayeцитирапреди 8 години
    Lakin əgər bir adam hər şeyə dözməyə hazırdırsa, kimdən nə gözləmək lazım olduğunu qabaqcadan bilirsə, onu sarsıtmaq, höv­sələdən çıxarmaq olarmı?
  • b8234558246цитирапреди 9 години
    adamlardan kənar gəzib-dolaşmaq, başqala­rın­dan üstünlük əlaməti deyil, şikəstlikdir, xəs­tə­likdir.
fb2epub
Плъзнете и пуснете файловете си (не повече от 5 наведнъж)