Sizə məlum olduğu kimi, professor, piramida çevrilmənin möcüzəli qüvvəsini bəxş edir. Əfsanəyə görə, piramida formasını dəyişib, öz sirlərini açaraq, başqa fiziki görkəm ala bilər. Ekskaliburu kral Arturun əllərinə verən məşhur daş kimi, mason piramidası da, əgər bunu istəyərsə, dəyişmək və sirrini ən layiqliyə açmaq iqtidarındadır.