bookmate game
Mark Levi

Qadın və kişi

Уведоми ме, когато книгата е добавена
За да прочете тази книга, качете я във формат EPUB или FB2 в Bookmate. Как се качва книга?
Mark Levi sayca on altıncı romanı olan və özündə
bir qədər avtobioqrafik nüansları birləşdirən «Qadın və
kişi» romanında macəradolu romantika ilə komediyanı
bir araya gətirir. Keçmişə boylanaraq, birinci romanının
personajı memar Pol Bartonu oxuculara yenidən, bu dəfə
fərqli məkanda və fərqli şəraitdə təqdim edir. Fransanın
ən məhşur romançılarından biri bu əsərində bizə sevgidən,
dostluqdan və tanışlıq saytlarından danışır. Pol yazıçılıqla
məşğul olan və Parisdə yaşayan amerikalı memardır. Mia isə problemlərdən başını götürüb Parisə qaçan ingilis aktrisadır.
Paris bu iki insanın sevgi, eyni zamanda ayrılıq
şəhərinə çevrilir. «Qadın və kişi» sentimental komediyası
oxucunu həm əyləndirir, həm də düşündürür.
Yazıçı bu romanda Şimali Koreyadakı diktatura rejiminə
də toxunaraq, insanları əsrin bu yaralı ölkəsinə qarşı həssas
olmağa çağırır. Müsahibələrindən birində Mark Levi belə
deyir: «Doğrudur ki, Şimali Koreyadakı diktatura rejminin
üstündən səssiz keçirlər. Neft ehtiyatları olmadığına görə
ölkənin iqtisadiyyatı heç kəsə maraqlı deyil. Halbuki, ölkə
əhalisi aclıq, səfalət içində və köləlik şəraitində yaşayır.
Ona görə də, mən Şimali Koreya haqqında danışmağa ehtiyac
gördüm və romandakı əhvalatların bir qismini Cənubi
Koreyaya köçürdüm». Bir-birinə aşiq olmamağa çalışan
iki aşiqin, bir-birinə böyük hörmətlə yanaşan iki dostun
sadə, lakin düşündürücü məhəbbət əhvalatı, romanın
gözlənilməz sonluğu Mark Levi oxucularını təəssüratsız
buraxmayacaq.
Тази книга не е налична в момента
237 печатни страници
Притежател на авторското право
Qanun Nəşriyyatı
Вече чели ли сте я? Какво мислите за нея?
👍👎

Впечатления

  • Faduniyaсподели впечатлениепреди 7 години
    💞Обичам я до смърт

    Cüzi əyləncəli səhnələri olan standart romantik filmi xatırladırdı əsər. Düzü bilmirəm bu əsərin motivləri əsasında çəkilmiş film var ya yox. Varsa da baxmaq istəməzdim.

  • Nuranə Əkbərovaсподели впечатлениепреди 6 години

    Çox fövqəlgözəladə kitabdı. Qəhqəhə çəkib güldüyüm yerləri oldu. Romantikdi. Yarım günə bitirdim.

  • Besik Osetinсподели впечатлениепреди 7 години
    👍Струва си да се прочете

    Gozel eserdi evveli pis bawlasa da sonu ela idi

Цитати

  • heyranцитирапреди 8 години
    Bir gün nəzəriyyə ilə yaşamağa başlayacağam.
    Çünki nəzəri cəhətdən hər şey həmişə yolunda gedir.
  • Cinis Jonasцитирапреди 7 години
    – Daha heç vaxt heç kəsin xəyalını sevməyəcəyəm. Gerçəklikdə yaşamaq istəyirəm, indiki zamanda, ancaq indiki zamanda.
  • Fira Alizadeцитирапреди 8 години
    Sən özün dözülməz olmusan, mənə “gözləmə” deməyə necə dilin dönür? İki gündür mənim işim ancaq bu olub, səni gözləmək olub.

На лавиците

fb2epub
Плъзнете и пуснете файловете си (не повече от 5 наведнъж)