bookmate game
az
Martin Paj

Mən necə idiot oldum

Уведоми ме, когато книгата е добавена
За да прочете тази книга, качете я във формат EPUB или FB2 в Bookmate. Как се качва книга?
Martin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən tutmuş universitet müəllimlərinə, video-oyun, dəbli paltar, etnik musiqi və televiziya həvəskarlarına qədər hər kəsi. Oxucu ona istehza edənləri xoşlamır. Lakin Paj kimi bir yazıçı üçün xüsusilə qiymətli olan yaşıdları, “öz nəsli” arasında uğur qazanmaq idi. Romanı, demək olar ki, sözbəsöz sitatlara böldülər, internet saytlarından birində Pajın cümlələrini Stendalın, Nitsşenin və Nabokovun aforizmlərilə yanaşı görmək olardı.
Tənqidçilər Pajı dərhal Volter ənənələrinin davamçısı adlandırmağa başladılar, oxucuları onu “Kandida” və “Mikromeqas” ilə müqayisə etməyə yönləndirdilər. Lakin Pajın mətnləri rasionalizmdən uzaq idi, sosial satira və müsahibələrindən birində “yazmaq üçün bəhanə” adlandırdığı çağdaş dünyanın tənqidilə qətiyyən uyuşmurdular. “Yox, bu mənim üçün, sadəcə, üslub məşqi deyil — Martin Paj özü haqda deyirdi — ancaq mən başa düşdüm ki, bu gün cəmiyyəti tənqid etmək Flober dövründəki kimi təhlükəli deyil. Artıq bu, sadəcə, ədəbi koddur, onu hərfən qəbul etmək lazım deyil”.
Jurnalistin “Bəs sənin üçün kitablarında xüsusilə dəyərli olan nədir” sualına cavab olaraq Paj nə mövzular, nə də personajlar barədə danışdı. O, sadəcə, bir neçə cümlə xatırlatdı. Onların içərisində “Əla gündür, əla” romanından da sitat vardı: “Elə insanlar var ki, heç vaxt boyunlarına yağış düşmür, mən onları heç cür anlaya bilmirəm”.
Тази книга не е налична в момента
122 печатни страници
Притежател на авторското право
Qanun Nəşriyyatı
Вече чели ли сте я? Какво мислите за нея?
👍👎

Впечатления

  • Faduniyaсподели впечатлениепреди 8 години
    👍Струва си да се прочете
    🔮Дълбока вода
    🎯Струва си

    Bu dünyanın bədbəxtliyi ondadır ki, hər kəs özünə görə haqqlıdır . (Jan Renuar)

  • b8468989854сподели впечатлениепреди 5 години
    👍Струва си да се прочете
    🎯Струва си
    😄LOLZ

    Müasir dövr bizi axmaqa çevirib. Xoşbəxt olmaqı yanlış yerlərdə axtarırıq. Çox əla bir mövzusu var idi bəyəndim. "Fight Club" - a bənzərliyi var idi

  • Elmin Seyfəddinliсподели впечатлениепреди 7 години
    🔮Дълбока вода
    💡Научих много
    🎯Струва си

    Kitab axıcıdır. Qısa olmağına baxmayaraq düşündürən və aydınladan fikirləri var. Sizi bəzi məsələlər haqqında düşünməyə vadar edəcək. Şəxsən deyə bilərəm ki, mənə bir neçə məsələni anlamaqda kömək etdl.

Цитати

  • Mir Aliцитирапреди 9 години
    Do­ğulanda bunu istəyib-istəmədiyimizi heç kəs bizdən so­ruşmur, dilimizi, ölkəmizi, dövrümüzü, ehtiraslarımızı və zövqümüzü, həyatımızı belə özümüz seçmirik. Bi­zim azad­lığımız yalnız ölümdədir: azad olmaq ölmək de­mək­dir.
  • Mir Aliцитирапреди 9 години
    Ancaq əfsus ki, ağıl ikiqat bədbəxtlikdir: əzab-əziyyət gətirsə də, heç kəs ona naxoşluq kimi baxmır
  • Mir Aliцитирапреди 9 години
    Bu dünyanın bədbəxtliyi on­da­dır ki, hə­rə özünə görə haqlıdır

На лавиците

fb2epub
Плъзнете и пуснете файловете си (не повече от 5 наведнъж)