Mümin Sekman

Davamlı öyrən

Уведоми ме, когато книгата е добавена
За да прочете тази книга, качете я във формат EPUB или FB2 в Bookmate. Как се качва книга?
  • b6253122341цитирапреди 8 години
    Yalanlamaq və rədd etmək üçün oxuma.
    İnanmaq və hər şeyi qəbul etmək üçün də oxuma.
    Sadəcə olaraq, danışmaq və
    nitq söyləmək üçün də oxuma.
    Ölçmək, müqayisə etmək və
    düşünmək üçün oxu.

    Frensis Bekon
  • Aqsin Məmmədliцитирапреди 8 години
    Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil
  • Sanan Mammadliцитирапреди 7 години
    Mütəxəssis “az şey haqqında çox şey bilən adam” olaraq tanınır
  • Sanan Mammadliцитирапреди 7 години
    Yaşlı bir adam təqaüddə olduğu illəri sakitliklə keçirmək ümidiylə balaca bir ev almışdı. Evində yaşamağa başladığı ilk günlər çox xoşbəxt idi.
    Elə bu ərəfədə bir gün xeyli uşağın səs-küyünə oyandı. O gün yeni evinin yanında bir məktəb olduğunu və yeni dərs ilinin başladığını anladı!
    Şagirdlər küçədən zibil qutularını təpikləyə-təpikləyə, qışqıraraq mahnı oxuya-oxuya keçir və dözülməz səs-küy yaradırdılar.
    Bir gün yaşlı adam onları yanına çağırdı və dedi: “Uşaqlar, sizləri çox istəyirəm, çünki siz mənə gəncliyimi xatırladırsınız, bu sevincli əhvali-ruhiyyənizi heç nəyə baxmayaraq davam etdirin!”
    Uşaqlar çox təəccübləndilər.
    Qoca onlara maraqlı bir təklif etdi: “Əgər hər gün belə səs-küy yaradaraq buradan keçsəniz, sizə gündəlik on dollar verəcəm!”
    Uşaqların yaşlı adamın bu təklifindən çox xoşları gəldi. Onlar hər gün daha çox səs-küy yaradaraq küçədən keçməyə davam etdilər.
    Qoca da söz verdiyi kimi uşaqların pulunu verirdi.
    Sonra bir gün yaşlı adam: “Uşaqlar, inflyasiya məni iflasa düçar etdi, ona görə də bundan sonra sizə gündə ancaq beş dollar verə biləcəm”, – dedi.
    Uşaqların kefi pozuldu, amma yenə də səs-küy yaratmağa davam etdilər. Qoca da onlara hər gün pul ödədi.
    Bir neçə gün sonra yaşlı adam: “Məni bağışlayın, uşaqlar, – dedi, – əməkhaqqımı almamışam, ona görə də bundan sonra sizə gündə ancaq bir dollar ödəyə biləcəm!”
    Uşaqlar onun bu sözlərinə çox əsəbiləşdilər, “Biz bunu edə bilmərik, – dedilər, – sizin verdiyiniz pulla bu işi heç vaxt edə bilmərik!”
    Beləliklə, uşaqlar hər gün küçədən səs-küylə keçməyi tərgitdilər!..
  • Chinara Jalilovaцитирапреди 8 години
    Nə istəyirsinizsə deyil, nəyi edirsinizsə, o olursunuz. Həyatı təkcə xəyal qurmaqla deyil, onları həyata keçirməklə yaşamaq lazımdır.
  • Chinara Jalilovaцитирапреди 8 години
    “Öyrəndiklərinizi cib saatı kimi cibinizdə gəzdirin, tez-tez saatı olduğunu göstərmək istəyən insanlar kimi ortaya çıxartmayın. Kimsə sizdən saatı soruşsa, deyin. Yoxsa hər saat başında heç kəs səndən soruşmamış saat zəngi kimi səslənmə!”
  • Niniцитирапреди 5 години
    Son olaraq Qandinin belə bir sözünü demək istəyirəm: “Həqiqi təhsil insanın özündəki ən yaxşı tərəfini üzə çıxartmasıdır”.
  • Sanan Mammadliцитирапреди 7 години
    Fabriklərdə işıqlar sönəndə generator dövrəyə girdiyi kimi, insanda da istək olmayanda iradə gücü meydana çıxmalıdır
  • Sanan Mammadliцитирапреди 7 години
    Heç bir şey təhsilin çata bilməyəcəyi
    yerdə deyil
  • Bahlul Valiyevцитирапреди 7 години
    “Bilməyən, amma bilmək istəyən uşaqdır, ona bilmədiyini öyrədin.
    Çox şeyi bilən, ancaq bunun fərqində olmayan yuxudadır, onu yuxudan oyadın.
    Heç nəyi bilməyən və bunun fərqində olmayan ağılsızdır, ondan uzaq gəzin.
    Çox şeyi bilən və bunun da fərqində olan insan liderdir, onun kimi olmağa çalışın”.
fb2epub
Плъзнете и пуснете файловете си (не повече от 5 наведнъж)