Kobo Abe

Qumluqdakı qadın

Уведоми ме, когато книгата е добавена
За да прочете тази книга, качете я във формат EPUB или FB2 в Bookmate. Как се качва книга?
  • Misir Məmmədliцитирапреди 7 години
    Yalnız müəyyən həddə qədər nəyəsə uyğunlaşmaq olar.
  • Misir Məmmədliцитирапреди 7 години
    - Yaxşı, təsəlli vermək lazım deyil... Həyat, onu təsəlli içində yaşamalı nəsnə deyil... Orda özünəməxsus həyat var, burda - özünəməxsus və həmişə adama elə gəlir ki, özgə həyatı daha yaxşıdır... Ən pisi - həyat elə belə də davam edəcək?.. Bu nə həyatdır?.. - deyə fikirləşməkdir.
  • Nazlı Mehdiliцитирапреди 4 години
    Tezliklə özü də əmin oldu ki, burda çimmək tamamilə mənasız bir işdi.
  • chilanayjafarliiцитирапреди 4 години
    Qaçış - bu barədə düşünməyə isə hələ çox vaxt olcaq.
  • chilanayjafarliiцитирапреди 4 години
    Sən nəsə bir murdar iş görürsənsə və bu zaman sənə baxırlarsa, bu murdarlıq eyni dərəcədə sənə baxanları da ləkələyir...
  • chilanayjafarliiцитирапреди 4 години
    Kişi Ayın azca işıqlandırdığı yarğanın kənarına baxıb içinin yanıb yaxıldığı barədə keçirdiyi hisslərin sadəcə paxıllıq olduğu barədə fikirləşdi. Onun yuxarıda qoyub gəldiyi nə varsa, bütün hamısını özündə təcəssüm etdirən hər şeyə - küçələrə, tramvaylara, səkilərdəki işıqforlara, teleqraf dirəklərindəki reklamlara, ölü pişiklərə, içində siqaret satılan apteklərə olan paxıllıq.
  • chilanayjafarliiцитирапреди 4 години
    - Mən it kimi gəbərmək istəmirəm!

    - Məgər sənin üçün fərqi va?.. Qarmaqdan qaçırdığın balıq həmişə tutduğundan böyük görünür.
  • chilanayjafarliiцитирапреди 4 години
    dünyada elə adamlar var ki, pi rəqəminin bir neçə yüz işarəlik dəqiq sayını tapmaq üçün ömürlərinin az qala on ilini sərf ediblər... Əla... Yəqin bunun özündə də yaşamağın mənası var... Lakin sən yaşamağın məhz belə bir mənasını inkar etdiyin üçün sonda gəlib bu yerlərə çıxmısan.
  • chilanayjafarliiцитирапреди 4 години
    Tənhalıq - xəyalların şiddətli atəşidir.

    Məhz buna görə, ürək döyüntülərində rahatlıq tapmayıb, dırnaq gəmirirlər. Təfəkkür ritmindən həzz almaq iqtidarında olmayıb, tütün çəkirlər. Cinsi əlaqədən təmin olunmayıb, əsəbi şəkildə titrəyirlər.
  • chilanayjafarliiцитирапреди 4 години
    Muncuq dolu yeşiyin ətrafında rəqs edən iynədə o qədər əhəmiyyət, məna vardı ki, elə bil bu yeşik kainatın mərkəziydi. Təkrar hazırda baş verənləri bəzəyir, ətrafdakıların reallığı haqda təəssürat verirdi. Və kişi də bütünlüklə özünü yeknəsəq fiziki işə həsr etmək qərarına gəldi.

    Çardaqdakı qumu təmizləmək, düyü arıtlamaq, paltar yumaq - bütün bunlar onun gündəlik vəzifəsinə çevrildi. Hər halda, burnunun altında zümzümə edə-edə işləyəndə vaxt tez gedirdi.
fb2epub
Плъзнете и пуснете файловете си (не повече от 5 наведнъж)