bookmate game
Paulo Koelho

Aldatma

Уведоми ме, когато книгата е добавена
За да прочете тази книга, качете я във формат EPUB или FB2 в Bookmate. Как се качва книга?
Jurnalist Linda otuz yaşını təzə keçib. Sevən əri, gözəl uşaqları, yaxşı sənəti var. Yaşamaq və həyatdan zövq almaq üçün bir qadına daha nə lazımdır? Ona yalnız həsəd aparmaq olar. Amma Lindanın içində bir boşluq var, hiss edir ki, günlər keçdikcə uzun illər ərzində qurduğu həyata marağını itirir. Həvəssiz, süst günlər davam edir. O isə xoşbəxtliyi hər gün duymaq istəyir. Ərli qadının əzablı seçimi, məktəb illərinin sevgisinə yenidən qovuşmaq ehtirası, qapını döyən ailə böhranı, İsveçrənin möhtəşəm təbiəti fonunda yeknəsəq həyat və bundan qurtulmaq həvəsi. Adi, gündəlik həyat, “İsveçrə saatı” kimi dəqiq, az qala ehkama çevrilmiş həyat onu bezdirir, tənhalığa, depressiyaya qapılır.
Linda məktəb yoldaşı Yakoba rast gəlir. İndi siyasətçi və deputat olan Yakobdan müsahibə alır və elə bu zaman Linda başa düşür ki, onun həyatında çatışmayan sevgi və ehtirasdır.
Тази книга не е налична в момента
234 печатни страници
Притежател на авторското право
Qanun Nəşriyyatı
Вече чели ли сте я? Какво мислите за нея?
👍👎

Впечатления

  • b4560217284сподели впечатлениепреди 8 години
    👎Пропуснете я

    Xeyanet bagishlanmazdi. Qadin olmelidi!!!

  • Naz Rzadeh 🇦🇿⚜сподели впечатлениепреди 7 години
    👍Струва си да се прочете
    💡Научих много

    Sevimli yazarım Paulonun Milyonlar terefinden oxunan Aldatma eserinde depressiyaya düşmüş insanın keçirdiyi hissler,düşündüyü fikirlər izah olunur. Tam xoşbext aileye sahib bir qadın ne vaxtsa xoşbextliyini itire bileceyinden qorxur. Hem de eyni terz heyat yaşadığını hiss edir. Bu ise onu yorur. Başqa heyat keşf etmeye çalışır,tanışları kimi depressiyaya düşmek,dermanlar atmaq istemir. Bu ise onu tam yanlış yola yönlendirir. Bu yoldakı mübarizesi aydın tesvir olunur.
    Oxumağınız meslehetlidir.
    P.s. Paulonun bir çox eseri kimi bu eserde de yaş üzeri hadiseler yaşanır.

  • Elmin Seyfəddinliсподели впечатлениепреди 8 години
    👍Струва си да се прочете
    🔮Дълбока вода
    💡Научих много

    Əla kitabdır.

Цитати

  • aygulцитирапреди 8 години
    Elə ki gecə düşür, hər yana qaranlıq çökür, mən hər şeydən qorxmağa başlayıram: həyatdan, ölümdən, sevgidən, yaxud sevgisizlikdən
  • Fidan Mammadliцитирапреди 8 години
    “Buz dövründə heyvanlar soyuqdan ölməyə başlayanda iynəli kirpilər bir yerə yığışıb qərara aldılar ki, birlikdə yaşasınlar və biri-birini isidib müdafiə etsinlər. Amma onların iti iynələri yaxındakına, biri-birini daha çox isidən yoldaşına batır, qanadırdı. Ona görə də, onlar yenidən ayrıldılar, uzaqlaşdılar.
    Ayrılan kimi də soyuqdan donub ölməyə başladılar.
    Onlar seçim qarşısında qalmışdılar: ya ölüb yer üzündən yox olacaqlar, ya da onlara yaxın olanların iynələrinə dözməlidirlər.
    Axırda onlar ağıllı qərar qəbul edib yenidən bir yerə yığışdılar. Yaxınlarının, yoldaşlarının onlara vurduğu yaralara dözməyi yavaş-yavaş öyrəndilər, çünki onların sağ qalıb yaşaması üçün ən əsas şey biri-biri ilə paylaşdıqları o hərarət idi”.
  • b8634354516цитирапреди 8 години
    İnsan həyatını özü seçmir, həyat onu seçir. Həyat sənə nə bəxş edəcək – sevincmi, kədərmi, deyə soruşmağın mənası yoxdur – bilə bilməzsən. Nə veribsə, al çiyninə, daşı.

На лавиците

fb2epub
Плъзнете и пуснете файловете си (не повече от 5 наведнъж)