az
Orhan Pamuk

Atamın bavulu

Уведоми ме, когато книгата е добавена
За да прочете тази книга, качете я във формат EPUB или FB2 в Bookmate. Как се качва книга?
  • Gunel Najafovaцитирапреди 5 години
    Yazıçılıq hər kəsin bildiyi, amma bildiyini bilmədiyi şeylərdən bəhs etməkdir.
  • b8234558246цитирапреди 8 години
    ən səfeh, ən kəndli, ən zamansız, dövrdən və dəbdən ən uzaq, ən ağılsız, ən yanlış və ən qəribə kitablarını belə gülünc bilib bir kənara atmamağı öyrəndim. Bu kitabları sevməyimin sirri onları, müəlliflərinin istədiyi kimi oxumaq deyildi. Bu qəribə, lazımsız, müəyyən yerlərdə heyrətləndirici dərəcədə gözəl kitabları da, özümü həmin kitabların müəlliflərinin yerinə qoymaq üçün oxumuşdum. Əyalətdən qurtulmanın yolu əyalətdən qaçmaq deyil, o duyğu ilə sonuna kimi bir yerdə olmaqdı. Beləliklə, həm getdikcə böyüyən kitabxanamın içinə dərinləşməsinə daxil olmağı, həm də onunla arama bir məsafə qoymağı öyrəndim
  • Vusala Mammadovaцитирапреди 8 години
    Özümü xoşbəxt hiss etmək üçün hər gün ədəbiyyatla məşğul olmağım lazımdır. Necə ki, hər gün bir miqdar dərman qəbul etməsi vacib olan xəstələr var, eyni elə. Hər kəs kimi bir həyat yaşamaq üçün şəkər xəstələrinin hər gün bir dəfə iynə ilə dərman qəbul etmələrini uşaqlıq illərimdə öyrəndiyimdə, onlar üçün çox narahat olmuşdum, onların yarıölü olduqlarını düşünmüşdüm. Ədəbiyyata olan bağlılığım da məni bu mənada, “yarıölü” bir vəziyyətə gətirib çıxarıb. Xüsusilə gənc bir yazar ikən mənə “həyatdan qopmuş” olduğumu söyləyənlərin bu “yarı ölü” vəziyyəti nəzərdə tutduqlarını düşünürdüm. Buna “yarı xəyalət” də deyə bilərik. Bəlkə də ölüyəm və içimdəki cəsədi ədəbiyyat vasitəsilə həyata qaytarmağa çalışıram” deyə düşündüyüm vaxtlarım da olub. Ədəbiyyat mənə bir dərman kimi gərəklidir. Qaşıqla və ya iynə ilə qəbul edilən dərman kimi hər gün qəbul edəcəyim “ədəbiyyat”ın, nəşəxorlarda olduğu kimi bəzi xüsusiyyətləri və mənaları var.
  • Ирина Осипенкоцитираминалата година
    Atamın bavulunndan həqiqi, böyük bir ədəbiyyat çıxarsa, onun içində bir başqa adam olduğunu qəbul etməli olacaqdım.
  • Vusala Mammadovaцитирапреди 8 години
    Bildiyiniz kimi biz yazıçılara ən çox yönəldilən, ən çox sevilən sual budur: “Nə üçün yazırsınız?” İçimdən gəldiyi üçün yazıram! Başqaları kimi normal bir iş görmədiyim üçün yazıram! Mənim yazdığım kimi kitablar yazılsın da oxuyum deyə yazıram! Hamınıza və hər kəsə çox acıqlandığım üçün yazıram! Bir otaqda bütün gün oturub yazmaqdan zövq aldığım üçün yazıram! Həqiqətə dözə bildiyim üçün yazıram! Mən, başqaları, hamımız, bizlər İstanbulda, Türkiyədə necə bir həyat yaşadıq, yaşayırıq, bütün dünya bilsin deyə yazıram! Kağızın, qələmin, mürəkkəbin qoxusunu sevdiyim üçün yazıram! Ədəbiyyata, roman sənətinə hər şeydən çox inandığım üçün yazıram! Bir vərdiş və istək duyduğum üçün yazıram! Unudulmaqdan qorxduğum üçün yazıram! Gətirdiyi şöhrət və maraqdan ləzzət aldığım üçün yazıram! Yalnız qalmaq üçün yazıram! Hamınıza, hər kəsə niyə o qədər acıqlandığımı bəlkə anlaram deyə yazıram! Oxumağı sevdiyim üçün y azıram! Bir dəfə başladığım romanı, bu yazını, bu səhifəni artıq sona çatdırım deyə yazıram! Hər kəs məndən bunu gözləyir deyə yazıram! Kitabxanaların ölümsüzlüyünə və kitabların rəflərdə duruşuna uşaq kimi inandığım üçün yazıram! Həyat, dünya hər şey inanılmayacaq qədər gözəl və heyrətləndirici olduğu üçün yazıram! Həyatın bütün bu gözəlliyini və zənginliyini sözlərlə ifadə etmək zövqlü iş olduğu üçün yazıram! Hekayə nəql etmək üçün deyil, hekayə qurmaq üçün yazıram! Sanki gediləcək bir yer varmış və eyni ilə bir yuxuda olduğu kimi ora getmək imkansızmış kimi duyğusundan qurtulmaq üçün yazıram! Xoşbəxt ola bilmədiyim üçün yazıram! Xoşbəxt olmaq üçün yazıram!
  • Ирина Осипенкоцитираминалата година
    Biz yazıçıların daşları kəlmələrdir, onları ələyərək, bir-biri ilə əlaqələrini hiss edərək, bəzən uzaqdan baxıb seyr edərək, bəzən barmaqlarımızla və qələmimizin ucu ilə sanki onları sığallayaraq və ağırlıqlarını ölçərək yerləşdirə-yerləşdirə illərcə inadla, səbirlə və ümidlə dolu dünyalar yaradırıq.
  • NRцитирапреди 3 години
    Yazı yazmaq bu işə qapanışı kəlmələrə keçirmək, insanın öz içindən gerçək yeni bir aləmi səbirlə, inadla və sevinclə araşdırmaqdır.
  • Xəyalцитирапреди 6 години
    Yazmağın bir “dərman” və təsəlli olduğundan bəhs edən bir roman nəzəriyyəsi, mənim kimi bəzi romançılar roman mövzularını bu günün xəyal ehtiyacına görə seçərlər.
  • Vusala Mammadovaцитирапреди 8 години
    Kitabxanaların ölümsüzlüyünə və kitabların rəflərdə duruşuna uşaq kimi inandığım üçün yazıram!
  • Vusala Mammadovaцитирапреди 8 години
    Mənim üçün yazıçı olmaq, içimizdə ən çox bildiyimiz gizli yaralarımızın üstündə durmaq, onları səbirlə kəşf etmək, tanımaq, ortaya çıxarmaq bu yaraları, kədərləri yazdıqlarımızın və kimliyimizin bir parçası halına gətirməkdir. Yazıçılıq hər kəsin bildiyi, amma bildiyini bilmədiyi şeylərdən bəhs etməkdir.
fb2epub
Плъзнете и пуснете файловете си (не повече от 5 наведнъж)