bookmate game
Amin Maalouf

Səmərqənd

Уведоми ме, когато книгата е добавена
За да прочете тази книга, качете я във формат EPUB или FB2 в Bookmate. Как се качва книга?
Atlantik okeanının dibində bir kitab yatır. Nəql edəcəyim hekayət də məhz o kitab haqqındadır.
Bəlkə də bu hekayətin sonunu bilirsiniz, o dövrün qəzetləri bu haqda yazmışdı, o, bədii əsərlərin belə mövzusuna çevrilmişdi. 1912-ci il aprelin 14-dən 15-ə keçən gecə “Titanik” gəmisi Nyufaundlənd yaxınlığında batarkən onun qurbanları içərisində ən məşhuru bir kitab oldu: iranlı müdrik filosof, astronom Ömər Xəyyamın “Rübaiyyat” əsərinin yeganə əlyazması.

Ancaq mən bu dəniz faciəsindən söz açmayacağam. Onsuz da faciənin miqyasını kifayət qədər dollarlarla dəyərləndiriblər, ölənlərin sayı haqqında məlumat verib, hətta son sözlərini də qələmə alıblar. Həmin hadisədən altı il ötməsinə baxmayaraq, bir zamanlar sahibi olduğum o dəri və mürəkkəbdən ibarət varlıq hələ də ağlımı qurcalayır. Onu doğulduğu Asiya torpaqlarından qoparıb alan mən deyildimmi? Mən, Benjamin O. Lezaj. “Titanik” gəmisinə mənim ­çamadanımda minmədimi? Onun minillik güzərgahını dəyişdirən dövrümün lovğalığı deyildisə, bəs nə idi?

Həmin gündən bəri dünya getdikcə daha çox qana boyandı, daha çox qaranlığa qərq olmağa başladı. Mənə gəlincə, həyat bir daha üzümə gülmədi. İsrarla keçmişin xatirələrini yaşatmaq üçün, məsum bir ümidlə, “bir gün onu tapacaqlar” xəyalı ilə insanlardan uzaqlaşdım. Öz qızıl qutusunda dənizin gün işığından xali dərinliklərindən çıxacaq və taleyinə yeni bir macəra əlavə olunacaqdı. Barmaqlar ona toxunacaq, onu açacaq, içinə nüfuz edəcəkdi. Ona həbs olan gözlər tarixçəsini səhifə-səhifə izləyəcək, başına gələnləri oxuyacaq, şairi, onun ilk sətirlərini, ilk eşq sərxoşluğunu və qorxu anlarını kəşf edəcəkdi. Və bir də Haşaşinlər təriqəti!.. Nəhayət, boz və zümrüd yaşılına boyanmış bir rəsmin qarşısında donub qalacaqdılar. Rəsmin üstündə nə tarix var, nə də imza. Sadəcə, ümid və ya məyusluğu ifadə edən bu sözlər var: “Səmərqənd! Dünyanın əzəldən günəşə baxan ən gözəl üzü”.
Тази книга не е налична в момента
327 печатни страници
Притежател на авторското право
Qanun Nəşriyyatı
Вече чели ли сте я? Какво мислите за нея?
👍👎

Впечатления

  • Namiq Xankişiyevсподели впечатлениепреди 4 години
    👎Пропуснете я

    Kitabı sonadək yalnız Ömər Xəyyama olan marağına görə oxudum. Əsər başdan ayağa müəllifin simasında farsların türklərə olan nifrəti ilə doludur. Farslar əvvəcə səlcuqların, sonralar isə Səfəvilərdən Qacarlara dək türk hökmranlığını həzm edə bilmirlər. Hətta Təbrizdə Səttarxan üsyanında nəinki Azərbaycan, heç Səttarxanın adlnı belə çəkmir. Guya inqilaba bir fars rəhbərlik edib.

  • b4136990932сподели впечатлениепреди 7 години
    👎Пропуснете я

    Xristian, qerb be ermeni propaqanda mawininin mehsulu ve yalandan ibaret bir kitabdir.

  • b6148151887сподели впечатлениепреди 8 години
    👍Струва си да се прочете
    🔮Дълбока вода
    💡Научих много
    🎯Струва си
    💞Обичам я до смърт
    🚀Не мога да я затворя

    Awesome book! Lots of information, and brilliant way of writing ????????????????

Цитати

  • Tusi Məmmədovцитирапреди 8 години
    Zülmü gözləmək zülm edilməkdən daha dəhşətlidir.
  • Şəhriyar Həsənцитирапреди 8 години
    Nə adıma görə yolumu, nə də yoluma görə adımı dəyişdirərəm.
  • Tusi Məmmədovцитирапреди 8 години
    “Bir işdə uğur qazanmaq istəyirsənsə, qadınların dediyinin əksini edin”.

На лавиците

fb2epub
Плъзнете и пуснете файловете си (не повече от 5 наведнъж)