az

Vladimir Nabokov

Vladimir Nabokov Rus əsilli ABŞ yazıçısı.

Vladimir Nabokov 1899-cu ildə Sankt-Peterburqda aristokrat ailəsində dünyaya göz açıb. Atası Dmitri Nabokov liberal bir siyasət adamı, vəkil və jurnalistlik fəaliyyəti ilə məşğul idi. Bu ailə ingilis mədəniyyətinin heyranı idi. Məhz buna görə balaca Vladimir ingilis dilini çox erkən öyrənmiş, hətta beş yaşında fransızca danışa bilirdi. Nabokov ilk təhsilini Piterin ən qabaqcıl məktəbi sayılan Tenişevdə alıb. 16 yaşındaykən Vladimirə əmisindən miras olaraq geniş bir ərazi qalır. Lakin tezliklə inqilab Rusiyanı bürüdüyündən mirasdan istifadə ona qismət olmur. Atası inqilab düşməni olaraq, qısamüddətli həbsdə yatmalı olur. Daha sonra onlar ailəvi olaraq Almaniyaya köşürlər. Vladimir isə təhsilini davam etdirmək üçün İngiltərənin Kembric kollecinə yollanır. 1922-ci ildə atası bir anarxist millətçi tərəfindən Berlində öldürüldüyündən, gələcək yazıçı Almaniyaya qayıdır. On beş il müddətində o, burada tərcüməçilik və pedaqoji fəaliyyətlə məşğul olur. Bolşevik inqilabından qaçmış rus ziyalıları onun əsas mühitini təşkil edirdi və elə Nabokov yazıçı kimi onların əhatəsində məşhurlaşmağa başlayır. İlk yaradıcılığında daha çox ruhsal həyatın yaşantılarına aludə olan yazıçı tədricən cəmiyyət həyatını öz mövzusuna çevirir. Lakin ədəbiyyat meydanında o, ilk olaraq Henrix Heynenin əsərlərini mükəmməl surətdə ingilis dilinə çevirməklə şöhrət qazanır. Daha sonra şöhrət sırası onun müəllifi olduğu "Ərməğan", "Lolita", "Çağrı" və sairə romanlarına gəlir. Hitler Nabokovun atasını öldürən anarxist qatili həbsdən buraxdıqdan sonra, yazıçı 1937-ci ildə Parisə köçməyi qərara alır. Burada məşhur irland romançısı Ceyms Coysla tanış olur. Bəstəkar Paxmaninovun maddi və mənəvi köməyi ilə 3 il sonra ABŞ-a gedə bilir. Burada o, ali təhsil ocaqlarında dünya ədəbiyyatından maraqlı mühazirələr oxuyur. Yazıçı 1977-ci ildə ABŞ-ın Lozanna ştatında vəfat edir.
години от живота: 22 април 1899 2 юли 1977

Книги

Цитати

b4887281091цитирапреди 2 години
Mənim şiddətlə həzz aldığım varlıq o deyil, özümün Lolita kimi xəyal edib yaratdığım bir məxluq idi və bəlkə də əsl Lolitadan daha gerçək idi; onu gizlədən və ifadə edən; onunla mənim aramda üzən; iradədən və özünüdərkdən, hətta öz həyatından da məhrum.

Впечатления

raulguliyev04сподели впечатлениеминалата година
👍Струва си да се прочете

Çox gözəldi oxuyun

  • не е налична
    Vladimir Nabokov
    Lolita
    • 2K
    • 19
    • 14
    • 52
    az
  • b4887281091сподели впечатлениепреди 2 години
    👍Струва си да се прочете

  • не е налична
    Vladimir Nabokov
    Lolita
    • 2K
    • 19
    • 14
    • 52
    az
  • fb2epub
    Плъзнете и пуснете файловете си (не повече от 5 наведнъж)