Corc Oruell

  • b9066496487цитирапреди 2 години
    “Bir kişi, əlinə pul keçəndə, ilk olaraq hara gedər? Təbii ki, fahişəxanaya.
  • b8468989854цитирапреди 2 години
    İnsan yeganə məxluqdur ki, heç nə istehsal et­mədən hər şeyə sahib çıxır. O, süd vermir, yumurt­lamır, kotana qoşulmaq üçün çox zəif, dovşanı qovub tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanların üzərində hökmrandır. O zavallı heyvanları qabağında qul kimi işlədir, onlara yalnız acından ölməmələri üçün yem verir. Qalan nə varsa hamısına özü yiyələnir. Torpaq bizim zəhmətimizlə becərilir, peyinimizdən gübrə kimi istifadə olunur. Ancaq heç birimizin dərimizdən savayı özgə sərvə­timiz yoxdur. Bax siz, qarşımda uzanıb gövşək vuran inək­lər, keçən il neçə min qallon süd vermisiniz? Onunla heç olmasa, buzovlarınızı doyunca əmizdirə bilərdiniz. Amma xəbə­riniz də yoxdur ki, süd hara getdi, necə oldu? Aydın məsələdir, düşmənlərimiz onu son damlasına qədər bo­ğaz­larına töküblər. Siz, toyuq­lar, ötən il nə qədər yu­murta vermisiniz, nə qədər cücə çıxarmısınız? Hanı onlar? Hamısı bazara göndərilib. Çünki Consun və adamlarının əlləri daim pulla oynamalıdır. Klover, de görüm əziyyətlə böyütdüyün dörd balan haradadır? Axı qoca vaxtında onlar sənin ar­xan, köməyin olmalı idilər.
  • b7697377618цитирапреди 2 години
    yüksək intellektual səviyyəsi, icti­mai haqsızlıq və ədalətsizliklərə qarşı barışmaz ruhu, to­talitar təfəkkür və idarəçilik üsuluna qarşı mübari­zliyi ilə seçilir
  • b4298412265цитирапреди 2 години
    Pulun insanları tənbəlləşdirdiyi kimi aclıq da bu insanları normal davranış qaydalarından uzaqlaşdırır. Bizim oteldə qalan insanların bir çoxunun həyatını sözlə təsvir etmək sadəcə olaraq mümkün deyil.
  • b4298412265цитирапреди 2 години
    “daha az pul daha az problem deməkdir”
fb2epub
Плъзнете и пуснете файловете си (не повече от 5 наведнъж)