bookmate game
az

Cek London

  • b6569783101цитирапреди 2 години
    – Qanunun qüvvəsi – qüvvəyə xidmətindədir.
  • Ayaşцитираминалата година
    Amma analıq da analıqdır. Heç bir qüvvə analıq hissinin qarşısını ala bilməz və elə bir gün yetişə bilər ki, ana canavar boz balasının yaşaması naminə cürətlənib çayın sol qolu boyunda olan yuvaya soxular; azğın vaşaqla döyüşə!
  • Ayaşцитираминалата година
    Çünki həyat o vaxt zirvəyə qalxır ki, bütün qüvvələr qarşıya qoyulan məqsədin həyata keçirilməsinə yönəldilsin. Yalnız bu anlarda həyat həyatlığında qalır.
  • Ayaşцитираминалата година
    Dünyanın bütün canlıları iki yerə bölünürlər: yeyənlər və yeyilənlər. Qanun isə belə deyirdi: ye, yeməsən sənin özünü yeyəcəklər!
  • b9445398195цитирапреди 2 години
    Düzdü, Bill. Fətti qaçıb.
  • b9445398195цитирапреди 2 години
    Axı bizim kimimiz var? Nə bir qohumumuz var, nə də pulumuz... Eh, çətin bizi belə uzaq yerdə tapıb basdırsınlar.

    — Henri, mən bir şeyi heç cür başa düşə bilmirəm: axı, bu adama nə düşmüşdü ki, gəlib çıxsın dünyanın axırına – Allahın, Tanrının xəbərsiz olduğu bu yerlərə? Nə var, nə var, qızıl axtarır. Mağıl öz evində lord idi, ya da buna oxşar bir adam; nə yemək, nə də isti paltar dərdi çəkirdi.

    — Hə, demə day. Yəqin ki, evdə oturub qalsaydı, qocalana qədər yaşayardı,
  • b9445398195цитирапреди 2 години
    — Bizim cəmi altı itimiz var, – Bill laqeyd-laqeyd təkrar etdi. – Mən də altı dənə balıq götürdüm, Təkqulağa balıq çatmayıb. Kisədən bir balıq da götürdüm...
  • b9445398195цитирапреди 2 години
    Sükunət qətiyyət adlı qanunu ilə onları əsarət altına almış, şüurlarının ən gizli qatlarına soxularaq elə bil oradan bütün saxtalıqları, yalanları, xudbinlik əlamətlərini üzüm şirəsi kimi sormuşdu.
  • b9445398195цитирапреди 2 години
    Tənha şimalın daha bir cəhəti var: insana qarşı amansızdır. Onun inadını daha qəzəblə sındırır. Çünki insan dünyanın ən yırtıcı məxluqudur! Çünki insan – bu ikiayaqlı məxluq həmişə şimalın iradəsi əleyhinə, onun “hər hansı bir hərəkət axır ki, donmalıdır!” hökmünə qarşı çıxır
  • b9445398195цитирапреди 2 години
    Henri qarın üstüylə qaçan və qaranlıqda gözdən itən hansı heyvanınsa naməlum kölgəsini gördü.
fb2epub
Плъзнете и пуснете файловете си (не повече от 5 наведнъж)