Əlinin zahiri əlamətlərini qeyd edənlər, o cümlədən “Zəxairül-üqba” əsərinin müəllifi yazır: “Əli tam yetkin olduğu zamanlarda kənardan azacıq qısa görünən orta qamətə malik idi. Üzünün rəngi tünd-qarabuğdayı idi. Ağ, uzun saqqalı, iri və qara gözləri, gözəl üzü, açıq siması, gülər üzü, gümüşü səhəngi xatırladan uzun boynu, şir sümüklərini xatırladan enli çiyinləri, əzələli qolları, enli, kobud əlləri, onu bir az kök göstərən qarnı var idi. Qıçının enli əzələsi son hissədə nazik idi. Qollarının əzələləri də enli və son hissədə nazik idi. Yol gedəndə Peyğəmbərə oxşayırdı. Yol yeriyəndə sanki Peyğəmbər yeriyirdi. Meydana üz tutanda heç nəyə etina etmədən qaçırdı.
Hamıda heyrət doğuracaq fiziki gücə malik idi. Onun qəhrəman bir süvarini heç bir əziyyət çəkmədən sanki yeni doğulmuş bir uşaq kimi qaldırıb yerə çırpdığı çox görülmüşdü. Hər hansısa bir pəhləvanın qolundan