bookmate game
Ştefan Svayq

Mariya Antuanet

Уведоми ме, когато книгата е добавена
За да прочете тази книга, качете я във формат EPUB или FB2 в Bookmate. Как се качва книга?
  • ahmedoffelvin99361цитирапреди 9 години
    İnsan bir şeyə inanmaq istəyirsə, onu öz arzuladığı formada görür.
  • ahmedoffelvin99361цитирапреди 9 години
    Uşaqlıqda baş verən hadisələr insanın bütün həyatına necə təsir edirsə, evliliyin ilk illərində olan hadisələr də evliliyə elə təsir edir. Həssas olan insan bir dəfə incidilirsə, onu sağaltmaq qeyri-mümkündür. Ən az əhəmiyyət verilən yaralar bəzən ən dərin yaralardır
  • ahmedoffelvin99361цитирапреди 8 години
    “Tutto a te mi guida” (“Hər şey məni sənə aparır”).
    Bu, vida idi. Elə vida ki, ölənəcən bir-birini sevən insanların hislərinin təcəssümü idi. Gilyotinin kölgəsində göstərilən bu eşq faciəsinin son pərdəsi beləcə qapandı.
  • ahmedoffelvin99361цитирапреди 8 години
    Sarayın ətrafında yığışmış inqilabçı ordunun içində gənc zabit vardı. Bu şəxs Korsika adasından gəlmişdi, adı da Napoleon Bonapartdı. O anda kimsə ona desəydi ki, bir vaxt gələcək XVI Lüdovikin yerinə keçəcəksən və sarayda oturacaqsan, həmin adamı dəli hesab edərdi. “Hücum etməyin, soyuqqanlılığınızı qoruyaraq müdafiə olunun”, – deyə əmr vermişdi əsgərlərinə. Əgər bu gənc zabit kralın yanında olsaydı, bütün inqilabçıları pərən-pərən salardı, amma saraydakı adamların arasında onun kimi iti düşünən, əzmkar bir şəxs yox idi.
  • ahmedoffelvin99361цитирапреди 8 години
    Kraliça olandan sonra isə dünyada bundan başqa bir gücün olmadığını zənn etmişdi. Xalqın haqqını tələb etməyini tamamilə haqsız hesab edirdi. Öz mövqeyini həmişə yüksək və ali, xalqın mövqeyini isə aşağı tuturdu. Nə o, xalqa qədər enməli, nə xalq ona qədər yüksəlməyə çalışmalıydı. Belə düşünürdü
  • ahmedoffelvin99361цитирапреди 8 години
    Ölkə illərdir yığdığı hiddətini axıdacaq bir qurban tapmışdı: kraliça!
  • ahmedoffelvin99361цитирапреди 9 години
    Boyunbağı məsələsi haqqında gedən söz-söhbətlər elə inanılmazdır ki, roman olsa, yazarın hədsiz xəyalpərəst olduğunu deyərək hadisəyə inanmarıq. Amma bəzən həqiqət xəyaldan daha güclü və ən xəyalpərəst romançılardan daha xəyali ola bilir
  • ahmedoffelvin99361цитирапреди 9 години
    Fırıldaqçı, ikiüzlü qraf, heç bir cəbhəyə qoşulmamışdı. Vaxtı gələndə lazımi yerə keçəcəkdi: Fransa taxtına
  • ahmedoffelvin99361цитирапреди 9 години
    Başına gələn hadisələrin də səbəbi budur. Yəni bir kraliça kimi yaşamaqdansa, sevilməyə, bəyənilməyə möhtac bir qadın kimi yaşamaq. Yeganə səbəb budur.
  • ahmedoffelvin99361цитирапреди 9 години
    Güclü iradəyə sahib kral və kraliça deyildilər, ancaq ölüm qarşısında ən güclü insanların belə göstərə bilməyəcəyi bir müqavimət göstəriblər.
fb2epub
Плъзнете и пуснете файловете си (не повече от 5 наведнъж)